Leyla Əliyeva uşaq bağçasının açılışında iştirak etdi - FOTOLAR

Leyla Əliyeva uşaq bağçasının açılışında iştirak etdi - FOTOLAR

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.

 

Sfera.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

“Kəpənək” məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.

 

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.

 

“Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, yüksəkkeyfiyyətli təhsillə yanaşı, uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.

 

Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunan heyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakına xüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşulmağı da planlaşdırır.

 


















OXŞAR XƏBƏRLƏR

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak ...

Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.   Sfera.az...

Bu marka “Apple”ı geridə qoydu - İlk pillədə isə...

"Xiaomi" cari ilin avqustunda “Apple”ı geridə qoyaraq dünyada ikinci ən böyük smartfon brendi olub.   Sfera.az xəbər verir ki, ...

Dahi şəxsiyyətlərin soyad sonluğu necə yazılmalıdır? - Professor aydınlıq gətirdi

Bildiyimiz kimi, dünən dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü idi. Buna görə onun soyadı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri iddia edir ...

"Bu tarixlərdə doğulan qadınlar xoşbəxt ola bilmir, çünki..." - AÇIQLAMA

İnsanların dünyaya gəldiyi tarixlər onların həyatında mühüm əhəmiyyətə malikdir. Həyatlarında baş verən hadisələr həmin tarixlərlə sıx əlaqəlidir.   ...

Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə VERİLDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib. ...