TKTA-dan silsilə mesajlar: konseptual məsələlər - VİDEO

TKTA-dan silsilə mesajlar: konseptual məsələlər - VİDEO

Təhsildə Keyfiyyət Təminatı Agentliyi müxtəlif mövzularda silsilə mesajlardan ibarət video yayımlayıb.

 

Sfera.az xəbər verir ki, müvafiq məsələlərlə bağlı TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.

 

T.Əhmədov TKTA-nın yaranmasından, işləmə prinsipindən danışıb və diplomların tanınması ilə bağlı vacib nüanslara toxunub.

 

O bildirib ki, son illər xaricdə təhsillə bağlı şirkətlər vətəndaşların məlumatsızlığından istifadə edərək yanlış yönləndirir:

 

“Bunu nəzərə alaraq vətəndaşlara dəstək məqsədilə akkreditasiyası və lisenziyası olmayan xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin siyahısı və son illər agentliyin ekspertizası nəticəsində foralaşmış müvafiq bazaaya istinad edərək ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı sayta yerləşdirilib. Vətəndaşlara xidməti daha səmərəli həyata keçirmək məqsədi ilə bir neçə ildir ki, elektron şəhadətnamələr istifadəəy verilmişdi. Təəssüf ki, Agentlik son aylar ərzində saxta şəhadətnamələrlə qarşılaşıb. Şaxta şəhadətnamələrin mövcud qanunvericilik kontekstində müvafiq inzibati tənbehlə üz-üzə qaldığını nəzərə alaraq  Agentlik bu istiqamətdə aidiyyatı qurumlarla fəaliyyətini həyata keçirməkdədir. İnsanları bir daha agah edirik ki, onlar bu istiqamətdə ayıq-sayıq olsunlar, işəgötürənlər müvafiq şəhadətnamələrin yoxlanılması kontekstində Agentliyin təqdim etdiyi müvafiq elektron baza üzrə onları bir daha yoxlasınlar və həqiqiliyindən əmin olsunlar. Necə deyərlər, sonrakı peşmanlıq fayda verməz”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...