Emin Əmrullayev: "Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb"

Emin Əmrullayev: "Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb"

Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb, Şuşa məktəbi Azərbaycan təhsil sistemi üçün də önəmli, tarixi məkandır.

 

Sfera.az-ın məlumatına görə, bunu sentyabrın 16-da Şuşa şəhəri 1 saylı tam orta məktəbdə ilk dərs günündə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir Şuşada illər sonra tədrisin bərpa olunmasını tarixi bir gün kimi dəyərləndirib:

 

"Biz sizinlə bu tarixi günləri, tarixi anları bir yerdə yaşayırıq. Əminəm ki məktəblilərimizin xatirəsində bu gün daim qalacaq. Çünki bu çox vacib bir gündür. Düşünürəm ki, sizin üçün bu tarixi günün bir hissəsi olmaq həqiqətən də qürurlu analardır. Şuşa məktəbi Azərbaycan təhsil sistemi üçün də önəmli, tarixi bir yerdir, məkandır. Bildiyiniz kimi, Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb.

 

O baxımdan, Azərbaycanın müasir təhsil tarixinin başlanmasının çox önəmli bir mərhələsi Şuşa şəhəri ilə bağlıdır. Məhz Şuşa işğaldan azad olunduqdan sonra şəhərdə təməli qoyulan ilk binalardan biri də bu məktəb idi. Bilirsiniz ki, müasir standartlara uyğun inşa edilən bu məktəbin tikintisi çox qısa zaman ərzində tamamlanaraq istifadəyə verilib. Mübaliğəsiz deyə bilərəm ki Şuşa məktəbi Azərbaycanın təhsil sistemində, ən müasir və bizim arzu etdiyimiz məktəblər səviyyəsindədir". (Report)


OXŞAR XƏBƏRLƏR