Elm və təhsil naziri Xocalıda məktəbin açılışında OLDU
Təhsil
11:40 / 16.09.2024
1703
Elm və təhsil naziri Emin Əmrullayev Xocalıda məktəb açılışında iştirak edib.
Sfera.az xəbər verir ki, nazir Emin Əmrullayev Xocalı şəhər 1 saylı tam orta məktəbin açılışında olub.
32 illik fasilədən sonra Xocalıya köçürülən sakinlər ilk tədris ilini yenidən qurulan və ən müasir tələblərə cavab verən yeni tədris binasında keçirəcəklər.
Nazir öz çıxışında məktəb kollektivini bu münasibətlə təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Xocalı şəhər 1 saylı tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbəhazırlıq qrupunda beş, I sinifdə səkkiz, II-XI siniflərdə isə 21 şagird olmaqla, ümumilikdə 34 şagird tədrisə başlayıb. Məktəbdə dərslər 16 müəllim tərəfindən tədris ediləcək. (Report)