"Universitetlərin qeydiyyat üçün tələb etdiyi kağız sənədlər gərəksizdir" - Təhsil eksperti

"Universitetlərin qeydiyyat üçün tələb etdiyi kağız sənədlər gərəksizdir" - Təhsil eksperti

Ötən günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.

 

Bildiyimiz kimi, hələ də bir çox ali təhsil müəssisəsində bu qayda qalıb. Bəs yeni qəbul olan tələbələrdən kağız formatda sənəd tələb edilməsi nə dərəcədə doğrudur? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, həqiqətən də, bizim ali təhsil müəsisələrinin bir çoxu kağız daşıyıcılar formatında çoxlu sənəd tələb edir:

 

“Ümumi olaraq universitetlər tərəfindən tələb olunan bir çox sənəd gərəksizdir, qısa zaman içində bu sənədlərin toplanması valideynlər üçün əziyyətdən ibarətdir. Məsələn, yaşayış yeri haqqında arayış, sağlamlıq haqqında arayış, attestatın notariat təsdiqi, məcburi köçkünlük vəsiqəsinin əsli ilə yanaşı notariat təsdiqi və s. Bu kimi sənədlərin toplanması abituriyentlər və valideynlər üçün çətinlik törədir. Təxmin edin ki, qəbul olan tələbələrdən sağlamlıq haqqında arayış tələb olunur. Bu qədər abituriyent və valideyn sağlamlıq mərkəzlərinin, poliklinikaların növbəsində əziyyət çəkir. Bu sənədlər elektron formada sistemə yükləndikdə artıq həmin universitetlər tərəfindən yalnız attestat tələb oluna bilər. Çünki digər sənədlər artıq elektron formatda sistemə əlavə olunub və bunu universitet rahatlıqla sistemdən əldə edə bilər. Amma universitetlər tələbələrin qeydiyyatı zamanı elə sənədlər tələb edir ki, insanın gülməyi gəlir. Məsələn: universitetə qəbul olduğuna dair DİM səhifəsində yerləşdirilən nəticənin kağız formatını, hərbi qeydiyyata aid möhlət hüququ tələb edən sənədi. Bunlar onsuz da sistemdə var, portal üzərində qeydiyyatdan keçən hər bir tələbənin məlumatları elektron formada sistemə əlavə edilib, həmçinin bu tələbəyə möhlət hüququ verilib ki, ixtisas seçimində iştirak edir. O cümlədən yaşayış yeri məlumatları da portalda qeyd olunub”.  

 

Onun sözlərinə görə, nazirin fikrində həqiqət var, amma ilk növbədə bu prosesə elə nazirliyin özü köməklik göstərməli, portal sistemində dəyişiklik edərək təkmilləşdirməlidir:


“Universitetlərimizin qəbul olan tələbələrdən bir çox sənədin əsli ilə yanaşı, surətini də tələb etməsi doğru deyilsə, buna ilk nazirlik köməklik göstərməli, portal üzərindən qeydiyyatdan keçdikdə tələb olunan sənədlərin elektron formada sistemə yüklənməsini təmin etməlidir. Bildiyiniz kimi, mövcud portal sistemində bu proses yoxdur və hazırda yeni qəbul olan tələbə sistemə heç bir sənədi yükləmir. Düşünürəm ki, belə bir dəstək nazirliyin portalında olarsa, universitetlərin də artıq sənəd tələb etməsinə ehtiyac qalmaz”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...