Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - BAŞ NAZİRDƏN QƏRAR
Təhsil
18:21 / 10.09.2024
13050
Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Sfera.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.