Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri AÇIQLANDI
Bu gün 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələrinin elan edilməsi başa çatıb.
Sfera.az verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.
Nəticələr barədə məlumatlar //portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yerləşdirilib.
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr tarixləri arasında (saat 18:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduqları müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
- Təhsil haqqında diplom;
- Şəxsiyyət vəsiqəsi;
- Sağlamlıq haqqında arayış.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi, onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndiriləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində Bakı, Naxçıvan Muxtar Respublikası və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 388 nəfər müsahibədə iştirak edib və 245 şəxs uğurlu nəticə göstərərək sənədlərini təqdim etmək üçün dəvət alıb. Təklif edilən vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklifinin edilməsi nəzərdə tutulur.