Uşaqları məktəbə adaptasiya problemi yaşayan valideynlərin DİQQƏTİNƏ!

Uşaqları məktəbə adaptasiya problemi yaşayan valideynlərin DİQQƏTİNƏ!

Məlum olduğu kimi, sentyabrın 15-də məktəblər yeni tədris ilinə start verəcək. Hər il yüzlərlə uşaq məktəbə başlayanda adaptasiya problemi yaşayır.


 
Bəs bu problemin təməlində nə durur və həlli üçün nələr edilməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında klinik psixoloq Nahidə Axundova bildirib ki, sentyabr ayı məktəblilər üçün ən çətin dövrlərdən biridir:

 

“Məktəblilər üçün ilin ən uzun tətili sona çatır. Üç aydan çox müddətdən sonra birdən-birə uşaqların loru dildə desək, “azadlıqları” bitir. Sentyabr, ümumiyyətlə, uşaqlar və yeniyetmələr üçün ən böhranlı dövr hesab edilir. Bu, “məktəb depressiyası” vaxtı da adlanır. Məktəblilər yayda nə qədər yaxşı dincəlib, güc toplasa da, sentyabrın ortasına gələndə sanki artıq bir rüb təhsil almış kimi yorulurlar. Həmin dövrdə bir çox şagird özünü narahat hiss etdiyini deyir, heç bir səbəb olmadan əsəbiləşir, valideynlər isə təşvişə düşməyə başlayırlar”. 

 

Psixoloq qeyd edib ki, əgər böyüklərə belə məzuniyyətdən sonra işə qayıdanda adaptasiya üçün bir həftə lazımdırsa, uşaqlarda bu müddət daha uzundur:

 

“Məktəbə adaptasiya təbii bir prosesdir, amma hər uşaqda bu, fərqli keçir. Bəziləri artıq bir həftədən sonra məktəb həyatına fəal şəkildə qoşulurlar, bəziləri özlərinə qapanırlar, qalanları isə ümumiyyətlə, depressiyaya düşərək məktəbdən qaçır və dərs buraxırlar. Bu, çox vaxt sinir sisteminin növündən və uşağın yaşından asılıdır”. 

 

N.Axundovanın sözlərinə görə, bu məsələdə əsas iş valideynlərin üzərinə düşür:

 

“Valideynlərin əsas vəzifəsi uşağın ürəyində məktəbə qarşı mənfi münasibət yaratmamaq, əksinə, tətil sonrası dərslərə mümkün qədər tez uyğunlaşması və məhsuldar iş atmosferinə köklənməsi üçün hər şeyi etməkdir.Uşaqlarınıza qarşı diqqətli olun, onları daha yaxşı tanıyın, unutmayın ki, birlikdə hər bir işin öhdəsindən gələ bilərsiniz. Əgər bu prosesdə çətinlik çəkirsinizsə, professional dəstək almaqdan çəkinməyin”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...