Cəmiyyəti ikiyə bölən məsələ: Məktəbli forması lazımdırmı?

Cəmiyyəti ikiyə bölən məsələ: Məktəbli forması lazımdırmı?

Yeni tədris ilinin başlanmasına bir həftə qalıb. Valideynlər övladlarının məktəb ehtiyaclarını qarşılamaq üçün bazarlıqlara başlayıb.  Ən vacib məsələlərdən biri də məktəbli formasıdır. 

 

Ümumiyyətlə, məktəbli forması lazımdırmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, məktəbli forması mövzusunda müxtəlif yanaşmalar və fikirlər var:

 

“Bu sualın cavabı cəmiyyətin, mədəniyyətin və təhsil sisteminin prioritetlərinə görə dəyişə bilər. Məktəbli formasının tərəfdarları düşünür ki, bu, sosial-iqtisadi fərqləri ört-basdır edərək şagirdlər arasında bərabərlik hissini gücləndirir. Hər kəsin eyni geyimdə olması, şagirdlər arasında olan fərqləri azaltmağa və onların yalnız təhsilə fokuslanmasına kömək edir. Onların fikrincə, məktəbli forması, məktəbdə nizam-intizamın təmin olunmasına xidmət edir və həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çərçivə yaradır. Məktəbli forması, şagirdlərin məktəb kimliyini və aidiyyət hissini gücləndirir, məktəb mədəniyyətini formalaşdırır və məktəbi cəmiyyətdə təmsil edir. Yəni adi geyimdə olandan fərqli olaraq forma geyinmiş şəxsin şagird olduğunu, hətta hansı məktəbdə oxuduğunu bilmək olur. Forması olan məktəblərdə şagirdləri tanımaq asanlaşır, bu da məktəbdə və ya məktəb ərazisində təhlükəsizliyi artırmağa kömək edir”.

 

Ekspert qeyd edib ki, məktəbli formasına qarşı olanların fikrincə isə, bu, uşaqların öz fərdiyyətini və zövqünü ifadə etmə imkanlarını məhdudlaşdıra bilər:

 

“Uşaqların geyim vasitəsilə öz şəxsiyyətini ifadə etməsi onların yaradıcılığını və özünəinamını artırır. Məktəbli formaları, xüsusən də müəyyən istehsalçılardan alınması tələb edildikdə, ailələr üçün əlavə maliyyə yükü ola bilər. Həm də valideyin bir geyim alıb onun həm məktəbə, həm də digər yerlərə gedəndə geyinməyi məqsədəuyğun hesab edir. Müəyyən formalar uşaqlar üçün rahat olmaya bilər. Şagirdlər özlərini rahat hiss etdikləri geyimlərdə daha yaxşı öyrənə və məktəbə uyğunlaşa bilərlər. Bəzi valideynlər forma məcburiyyətinin məktəb üçün zəruri olmadığını və bunun yerinə daha vacib məsələlərə diqqət ayrılmasının lazım olduğunu düşünür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...