Logo

MÜTDA-dan valideynlərə MÜHÜM ÇAĞIRIŞ

MÜTDA-dan valideynlərə MÜHÜM ÇAĞIRIŞ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkə üzrə l siniflərə 130 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 367 nəfər uşaq qəbul olunub.

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2024-2025-ci tədris ili üzrə birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesinin sona çatmasına az qalıb:

"Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.Qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır".

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR