"Bu müəllimlər növbəti imtahan turuna buraxılmayacaq" - RƏSMİ

"Bu müəllimlər növbəti imtahan turuna buraxılmayacaq" - RƏSMİ

"Vakant yerdən imtina edən müəllimlər növbəti imtahan turuna buraxılmayacaq".

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək: 

 

"Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiqləndiyini yoxlamaq məsləhət görülür. Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti imtahan turlarında iştirakı təmin olunmayacaq".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR