"Bu il 101900 məzunun hamısı buraxılış imtahanı verib" - DİM sədri
Təhsil
12:34 / 26.08.2024
6890
"11 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbul üçün 5059 dövlət sifarişli və 6358 ödənişli olmaqla 13200 yer ayrılıb".
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib.
"Bu il 101900 məzunun hamısı buraxılış imtahanı verib. Buraxılış imtahanının nəticələri 2 il qüvvədə olduğu üçün keçən il imtahan verib, nəticə qazananlar da iştirak edə bilərlər", - sədr bildirib.
Firuzə Əliyeva