Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlandı

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlandı

Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu - YÖK) və Azərbaycanın  Elm və Təhsil Nazirliyinin birlikdə idarəetməsi ilə yeni universitet modeli kimi yaradılan Türkiyə–Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstərib. 

 

Elm və Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, universitetdə birinci kursda kompüter mühəndisliyi və sənaye mühəndisliyi fakültələrində 30 nəfər, qida mühəndisliyi fakültəsində 27 nəfər olmaqla 87 tələbə ali təhsil alacaq. 

 

Universitet 2024–2025–ci tədris ilindən tədrisə başlayacaq. 

 

Ali məktəblərə qəbul imtahanlarında maksimum balın 700 olduğu Azərbaycanda Türkiyə–Azərbaycan Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub. 

 

Türkiyənin aparıcı universitetlərinin proqramlarına əsasən təhsil veriləcək Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Universitet ilk dəfə proqramlarını açmaq əvəzinə təhsil fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş universitetlərin proqramlarını özündə birləşdirəcək. Beləliklə, 2024–2025-ci tədris ilində Türkiyə–Azərbaycan Universitetində açılan kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi sahəsində İstanbul Texniki Universitetinin (İTÜ) qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək. 

 

Türkiyə–Azərbaycan Universitetində bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar. 


Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında elmi və texnoloji əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası arasında imzalanıb. Müqaviləni  Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzayıblar.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...