Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatına START VERİLDİ

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatına START VERİLDİ

Avqustun 20-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyat prosesinə start verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, namizədlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 26 avqust saat 18:00-da başa çatacaq.

 

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Qeyd edilib ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...