"Qarabağ Universitetində təhsil alacaq hər bir tələbəyə noutbuk hədiyyə olunacaq" - RƏSMİ

"Qarabağ Universitetində təhsil alacaq hər bir tələbəyə noutbuk hədiyyə olunacaq" - RƏSMİ

"Hazırda ilk tədris ilində universitetimizdə təhsil alacaq tələbələr üçün çoxsaylı imkanlar yaradılır".


Sfera.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Elm və Təhil Nazirliyinin qəzetinə müsahibəsində deyib. 


Onun sözlərinə görə, universitetdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək: 


“Bu, o deməkdir ki, universitetə qəbul olacaq tələbələrimizin hamısı dövlət tərəfindən təqaüd alacaq. Biz həmin tələbələrə dəstək olmaq məqsədilə əlavə təqaüd verilməsi imkanlarını da müzakirə edirik. Qarabağ Universitetində bu il təhsil alacaq bütün gənclərimiz dövlətimiz tərəfindən verilən və ödənişsiz əsaslarla təqdim olunan mənzil tipli yataqxanalarda yaşamaq imkanı əldə edəcəklər”.


Şahin Bayramov qeyd edib ki, hər bir tələbəyə noutbuk hədiyyə olunacaq:


“Bir sözlə, universitetdə təhsil alan gənclərimiz üçün çoxsaylı imkanlar yaradılır. Əminəm ki, bu tipli dəstəklər qarşıdakı dönəmdə də davam edəcək. Əlavə imkanların növbəti illərdə qəbul olacaq gənclər üçün konkret formatı ilə bağlı tədris ili ərzində məlumatlar daha detallı şəkildə veriləcək”.

 

Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR