“Qarabağ Universitetindəki vakansiyalara böyük maraq var” - Rektor
"İlk gündən Qarabağ Universitetində əsas inzibati və akademik vəzifələr üzrə vakansiya elanları ictimaiyyətin diqqətinə çatdırılıb".
Sfera.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Elm və Təhil Nazirliyinin qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyinin resurslarında, Qarabağ Universitetinin sosial şəbəkə hesablarında vakansiyalarla bağlı elanlar verilir:
“Həmin elanlarda vakansiyaya çıxarılan vəzifələrlə bağlı konkret tələblər irəli sürülür, son müraciət tarixləri göstərilir. Vakansiyalara müraciət etmiş insanlar arasında ilkin tələbləri ödəyənlərlə əlaqə yaradılır. Onlar müsahibələrə dəvət edilir. İnzibati vəzifələr üzrə xeyli müsahibələrimiz artıq həyata keçirilib. Hazırda pedaqoji heyətin formalaşdırılması istiqamətində də işlərimiz sürətlə davam edir”.
Şahin Bayramov vurğulayıb ki, elanlara çıxarılan vakansiyalara ictimaiyyətdə böyük maraq var:
“Yaxşı təhsil almış, əmək fəaliyyəti göstərmiş mütəxəssislər müraciət edirlər. Onlar arasında gənclər də çoxdur. Hesab edirik ki, proses çox şəffaf irəliləyir. Qarabağ Universitetində fəaliyyət göstərməsi üçün ən yaxşı namizədlər arasında seçimlər həyata keçirilir”.
Ülkər Abdurahmanlı