Logo

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi, 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.

Sfera.az Modern.az-a istinadən xəbər verir ki, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.

Türkiyə-Azərbaycan Universitetinin Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcəyi deyilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bu məlumatı təsdiqləyiblər.

BANM-in isə 2024/2025-ci tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcəyi qeyd olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR