Vakansiya seçimində hər il 3 minə qədər yer seçilmir

Vakansiya seçimində hər il 3 minə qədər yer seçilmir

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində hər il 3 minə qədər yer seçilmir”.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev deyib. O qeyd edib ki, il boyunca vakansiyaların sayı 17- 18 minə qədər çatır:

 

“Hər il seçim üçün 10 min vakansiya təqdim olunur. 3 minə qədər vakansiyanın seçilməməsinin səbəbi isə adətən məktəblərin mərkəzlərə uzaq yerlərdə yerləşməsi ilə əlqədar olur. Namizədlərin əksəriyyəti evinin yanında işləmək istəyir. Lakin bu məktəblərdə də ixtisas üzrə müəllimlərin təmin edilməsi üçün biz həmin vakansiyaları təkrar seçimə təqdim etməliyik. Vakansiyaların gizlədilməsi halı ilə bağlı konkret olaraq faktlar var deyə bilmərik. Biz bununla bağlı bütün müraciətləri nəzərə alır və araşdırırıq. Vətəndaşlardan da xahiş edirik ki, hansısa məktəbdə vakansiyanın gizlədilməsi halı varsa, bununla bağlı bizə məlumat versinlər”, - o, bildirib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...

Belçikada əhali tətil edir - Həyat iflic oldu

Belçikada hökumətin büdcə xərclərini azaltmaq məqsədilə planlaşdırdığı islahatlara qarşı ölkə üzrə genişmiqyaslı birgünlük tətil keçirilib. Tətil nəticəsində ha...