Azərbaycanda ilk dəfə süni intellekt əsaslı axtarış sistemi istifadəyə verildi - FOTO

Təhsil
12:37 / 03.08.2024
6135
Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verildi.
Sfera.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat yayıb.
O bildirib ki, “Scopus AI” akademik heyət, tədqiqatçı və tələbələrə istənilən mövzuda axtarış aparmağa, elmi fakt, məqalələrə əsaslanan xülasələr əldə etməyə imkan verir.
“Bu xidmət sayəsində istifadəçilər minlərlə məqalədə mövcud olan məlumatların ümumiləşdirilmiş təsvirini bir anda əldə edə və bir neçə saniyə içərisində oxuya biləcəklər. “Scopus AI” sistemi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib”.
Ülkər Abdurahmanlı