Nazirdən peşə təhsili ilə bağlı ÇAĞIRIŞ: "Əsas məqsəd..."

Nazirdən peşə təhsili ilə bağlı ÇAĞIRIŞ: "Əsas məqsəd..."

Elm və təhsil naziri Emin Əmrullayev peşə təhsili ilə bağlı çağırış edib.

 

Sfera.az xəbər verir ki, bu barədə nazir öz “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

 

"İyulun 29-dan başlayan peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi davam edir. Əsas məqsədi işəgötürənlərin tələblərinə uyğun kadrların və müxtəlif sahələrdə ixtisaslı işçi qüvvəsinin hazırlanması olan bu təhsil pilləsi üzrə qəbul portal.edu.az vasitəsilə həyata keçirilir. Qəbul 84 müəssisədə 136 ixtisas üzrə aparılır. Bu ildən isə ilk dəfə olaraq dronların texniki xidməti və təmiri üzrə texnik, elektrik və hibrid avtomobillərinin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı), günəş panelləri quraşdırıcısı və təmirçisi və s. istiqamətlərə dair 9 yeni ixtisasda tələbə qəbulu həyata keçirilir. Peşə təhsili müəssisələrinə qəbul üçün müraciət edən bütün şəxslərə uğurlar!" - paylaşımda qeyd olunub.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

May ayının 14 günü ilə bağlı hamıya XƏBƏRDARLIQ

Aprelin sonu və Mayın əvvəlində başlayaraq, 2025-ci ilin May ayı astrologiya baxımından kifayət qədər "sınaq" günlərinə malikdir. Bu zaman çərçivəsind...

Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndir...

Nazir tanınmış cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir An...

Aprel ayının son günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də ...

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb.  İl...