Bağçalarda boş yerlərin sayı AÇIQLANDI
"Ölkə üzrə 1670 bağça fəaliyyət göstərir, Bakını çıxsaq, Naxçıvan və regionlar üzrə 11 min 285 sorğu təsdiq edilib və həmin sorğular üzrə uşaqlar aidiyyəti bağçalara qəbul ediliblər".
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova mətbuata açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, 47 min 615 nəfər növbəyə yazılıb. Boş yerlərin sayı 56 min 740-dır. Qeyd edilib ki, təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.
"Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər".
Firuzə Əliyeva