Universitetlər gələcəkdə necə olmalıdır?

Universitetlər gələcəkdə necə olmalıdır?

Gələcəyin universiteti sürətlə dəyişən dünyaya uyğunlaşmaq və tələbələrin yeni ehtiyaclarına cavab vermək üçün bir sıra xüsusiyyətlərə malik olmalıdır.

 

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

 

“Gələcəyin universiteti texnologiyanın bütün aspektlərindən səmərəli istifadə etməlidir. Virtual və artırılmış reallıq, süni intellekt, böyük məlumat analizi və uzaqdan təhsil imkanları kimi texnologiyalar tədris prosesinin bir parçası olmalıdır. Tələbələrin fərdi ehtiyaclarına və maraqlarına uyğun fərdi tədris planları hazırlanmalıdır. Bu, tələbələrin öz sürətlərində öyrənmələrinə və maraqlandığı sahələrdə dərinləşmələrinə imkan verəcək. Gələcəyin universiteti tələbələrin müxtəlif sahələrdən bilik əldə edə bilməsini təmin etməlidir. Müxtəlif sahələrdən olan biliklər birləşdirilərək yenilikçi və kompleks problemləri həll etməyə yönəldilməlidir”.

 

Ekspert qeyd edib ki, universitetlər tələbə və müəllimlərin yeni biliklər və texnologiyalar yaratmalarını təşviq edən güclü tədqiqat infrastrukturlarına malik olmalıdır.

 

“Araşdırma nəticələrinin tətbiqi və kommersiyalaşdırılması üçün dəstək proqramları vacibdir. Gələcəyin universiteti qlobal səviyyədə əlaqələr qurmalı və beynəlxalq əməkdaşlıqları artırmalıdır. Tələbə və müəllim mübadilə proqramları, beynəlxalq konfranslar və layihələr bu inteqrasiyanı gücləndirəcək. Universitetlər dayanıqlı inkişaf prinsiplərini qəbul etməli və ekoloji cəhətdən məsuliyyətli olmalıdır. Yaşıl kampuslar, enerji effektivliyi və ekoloji tədqiqatlar bu sahədə önəmli olacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR