Ali təhsil müəssisələrinin sərgisinə start verildi - FOTOLAR

Ali təhsil müəssisələrinin sərgisinə start verildi - FOTOLAR

Bu gün Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.

 

Sfera.az xəbər verir ki, mərasim Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirovun iştirakçıları salamlaması ilə başlayıb. O, ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında məlumat verib.

 

V.Misirov ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələri nümayəndələrinin birbaşa görüş fürsətinin əhəmiyyətini vurğulayıb və qonaqlara Dövlət İmtahan Mərkəzinin təşəbbüsünə qoşulduqları üçün təşəkkür edib. Daha sonra iştirakçıların və media nümayəndələrinin sualları cavablandırılıb və sərgiyə baxış keçirilib.

 

Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb. Sərgi 31 iyul – 2 avqust 2024-cü il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunur.

 

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər. Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. İştirakçılar qeydiyyat zamanı onlara uyğun tarix və saatı seçə bilərlər. Bundan əlavə, bəzi ali təhsil müəssisələri ayrıca olaraq əvvəlcədən təyin olunmuş zallarda və saatda daha geniş formada təqdimat nümayiş etdirmək imkanına malikdirlər. Sərgiyə giriş ödənişsizdir.

 

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi sərgi keçirilən günlərdə aktiv saxlanılacaq. //portal.dim.gov.az/sergi/

 

Qeyd: Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçirilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Röya Ayxan arxiv şəkillərini paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan instaqramda arxiv fotolarını paylaşıb.   Sfera.az xəbər verir ki, estrada ulduzu illər əvvələ aid şəkilləri izləyiciləri ilə ...

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...