Bu müəssisələrdə plan yerlərinin sayı 30 000-i ötdü - RƏSMİ

Təhsil
11:26 / 29.07.2024
3265
Peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötüb.
Sfera.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, qəbul yerlərinin 75 faizi dövlət sifarişli, 25 faiz, yəni 8 minə yaxını isə ödənişli əsaslarladır.
Ən çox texniki peşə üzrə yerlər ayrılıb, yüksək texniki peşə isə son 4 ilin məhsuludur və vətəndaşlara peşə təhsilindən ali təhsilə keçidə imkan verir. Dövlət sifarişli yerlərdə 2020-2021-ci illərlə müqayisədə bu il 64 faiz artım var.
Builki qəbul planının 38 faizi Bakı şəhərini əhatə edir.
Firuzə Əliyeva