Hansı universitetlərdə illik təhsil haqqi artırılıb? - RƏQƏMLƏR


Hansı universitetlərdə illik təhsil haqqi artırılıb? - RƏQƏMLƏR

Azərbaycanda bəzi universitetlərdə illik təhsil haqqı artırılıb.

 

Sfera.az xəbər verir ki, artıq qəbul imtahanlarının yekunlaşması ilə yaxın vaxtlarda universitetlərə ixtisas seçiminin başlaması nəzərdə tutulur. Ötən illə müqayisədə 2024, 2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Onlardan 32 minə yaxını ödənişli əsaslarla təhsil alacaq.

 

İllik ödənişin artırıldığı universitetlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universitetin mətbuat xidmətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, burada  illik təhsil ödənişi bütün ixtisaslar üzrə qaldırılıb.

 

İllik təhsil haqqının artırıldığı digər təhsil ocağı isə Azərbaycan Dillər Universitetidir. Qurumdan verilən məlumata əsasən, bir sıra ixtisaslarda qismən təhsil haqqı dəyişikliyi nəzərdə tutulub. Buna misal olaraq, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə ixtisaslarını göstərmək olar.

 

İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı  isə 2500 manatdan 2700 manata qaldırılıb. Təhsil haqqında edilən artım bu il universitetə qəbul olacaq tələbələr üçün nəzərdə tutulub.

 

İqtisad Universitetindən isə bildirilib ki, isə tədris olunan müvafiq ixtisaslar üzrə təhsil haqqı digər universitetlərdəki təhsil haqqına uyğunlaşdırılıb. İllik təhsil haqqı ixtisaslara görə 1600-2600 manat arasında dəyişir. İqtisad universitetində bakalavr səviyyəsi üzrə 23 ixtisasda təhsil haqqı dəyişməz olaraq qalıb, yalnız 1 ixtisas üzrə 200 manatlıq artım olub. Əvvəlki illərdə qəbul olan tələbələrin təhsil haqları dəyişməz olaraq qalır.

 

Ekspertlər isə bildirirlər ki, universitetlərdə illik ödənişlərin artırılması həmin universitetin  gəlir və xərclərinə uyğun olaraq aparılır.

 

Qeyd edək ki, Bakı Dövlət, Mədəniyyət və İncəsənət, Memarlıq və İnşaat, Dövlət Neft və Sənaye, Texniki Universitetin illik təhsil haqlarında  dəyişiklik yoxdur.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR