Azərbaycanda abituriyentlər üçün YENİLİK: "Müəllimlər bunu pul ilə edirdi, indi isə..."

Azərbaycanda abituriyentlər üçün YENİLİK: "Müəllimlər bunu pul ilə edirdi, indi isə..."

Azərbaycanda abituriyentlər üçün ixtisas seçimi edə bilən süni intellekt yaradılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri texnobloger Fərid Pərdəşünas bildirib.

 

"Platformanın mahiyyəti ondan ibarətdir ki, abituriyent topladığı bala, istədiyi universitet və ixtisaslara, eyni zamanda gələcəkdə kim olmasına uyğun süni intellektdən kodlaşdıracağı 15 ixtisas təklifi ala bilir. Süni intellekt Dövlət İmtahan Mərkəzinin ötən il ilə bağlı elan etdiyi formalaşmış balları, mövcud yerləri, ötən və bu ilki tələbi nəzərə alaraq hesablama aparır və abituriyentə ən uyğun 15 ixtisas seçimini verir. Əvvəllər bunu müəllimlər pul ilə edirdi, görünür, süni intellekt artıq onların da işinə göz dikib. Platformanın müəllimdən üstün cəhəti odur ki, real zamanlı məlumat yığır, ona müraciət edən tələbələrin ballarını və istəklərini analiz edir və fakultələrə olan tələbi hətta DİM-dən belə tez bilir”.

 

Fərid Pərdəşünas qeyd edib ki, hazırda qeydiyyat başlayıb və son 5 ixtisas süni intellekt tərəfindən pulsuz təqdim olunur:

 

“Tam siyahı üçün isə minimal ödəniş etmək lazımdır və bu, ixtisas seçimi başlayanda aktiv olacaq”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR