Universitetlərdəki ixtisaslar əmək bazarının tələblərinə cavab verirmi?
Ali məktəblərə qəbul imtahanları artıq başa çatıb. Qəbul imtahanını uğurla başa vuran abituriyentlərin qarşısında duran növbəti mərhələ isə düzgün ixtisas seçimi etməkdir.
Bəs universitetlərdəki ixtisaslar nə dərəcədə əmək bazarının tələblərinə cavab verir?
Təhsil eksperti Adil Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, universitetlər yeni ixtisasları açanda əmək bazarını araşdırmır. Onun sözlərinə görə, ali təhsil müəssisələri bu prosesə heç maraqlı kimi də gorünmürlər:
“”Plan yeri dolsun” anlayışı davam edir. Nəticədə, əmək bazarının tələbi olmayan ixtisaslar üzrə minlərlə məzun olur, bir çoxu işsizlikdən əziyyət çəkir. Əmək bazarının tələbi olan az sayda ixtisasdan məzun olanlar isə 3-4-cü kursdan işləməyə başlayırlar”.
Ekspert sonda vurğulayıb ki, universitetlər Dövlət Məşğulluq Agentliyi və Milli Observatoriya ilə sıx əməkdaşlıq etməlidir.
Firuzə Əliyeva