“Bu hal abituriyentlərin ixtisas seçiminə çətinlik yaradır” - AÇIQLAMA

“Bu hal abituriyentlərin ixtisas seçiminə çətinlik yaradır” - AÇIQLAMA

"Təhsilin pulsuz olması dövlətin vətəndaşına verdiyi ən önəmli güzəştlərdən biridir. Belə olmasaydı, Almaniya və Türkiyə kimi ölkələrdə təhsilin keyfiyyəti indiki səviyyədə olmazdı. Qardaş Türkiyədə təhsilin bütün pillələri 95 faiz dövlətin nəzarətindədir. Özəl məktəb açanların qarşısına isə bircə tələb qoyulur: təhsilin keyfiyyəti dövlət məktəblərindəki keyfiyyəti ötməlidir".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

 

"Təhsilin keyfiyyətini ölçən müxtəlif parametrlər var. Əlbətdə ki, əsas öhdəliyi yaxşı vətəndaş yetişdirmək olan məktəbin funksiyası bununla bitmir. Nə də ki, sadə yazmağı, hesablamağı öyrətmək dövlətin standartını yerinə yetirmək demək deyil. Ən vacib göstərici məktəbin şagirdlərinin buraxılış, qəbul imtahanları və fənn olimpiadalarındakı nəticələrdir. Beynəlxalq qiymətləndirmə imtahanları isə təhsilin ümumi səviyyəsini ölçən alətdir. Artıq 2024-cü il üçün ölkədə bütün buraxılış və qəbul imtahanları başa çatıb, nəticələr açıqlanıb. Biz martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında 54 nəfərin maksimum 300 balı toplamasından sonra fərqli bir nəticə gözləyirdik. Hətta plan yerləri ilə bağlı ciddi ajiotaj yaradılmışdı”.

 

Ekpert qeyd edib ki, bu il 60 minə yaxın bakalavr pilləsinə yer ayrılıb.

 

“Keçən il bu rəqəm 55.800 idi. Müqayisə üçün 2010-cu ildə 29 min idi. 2 və 3-cü qrupun açıqlanan nəticələrindən sonra yenə də böyük faiz 100 balı keçə bilməyib. Ümumilikdə bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir. DİM abituriyent 4 jurnalını ixtisas seçimi prosesi başlamazdan 3 gün əvvəl çap edir, bu da abituriyentlərə ixtisaslar ilə bağlı düşünməyə az vaxt verir”.

 

Ülkər Aburahmanlı


OXŞAR XƏBƏRLƏR

Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Fransanın paytaxtı Parisdə yüzlərlə insan islamofobiyaya göz yumulmasına qarşı keçirilən etiraz aksiyasına qoşulub.   Sfera.az xəbər verir ki, a...

Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də toplanacaq.   Sfera.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo...

İran Prezidenti Fəxri xiyabanda olub

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məz...

“Bu faciəyə baxmayaraq, Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir”

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox...

Sahibə Qafarova Qalibafa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Bagirr Qalibafa başsağlığı məktubu ünvanlayıb.   ...

"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarm...