"Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda..." - RƏSMİ

"Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda..." - RƏSMİ

"Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda əlavə göstəricilər nəzərə alınır”.


Sfera.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

 

Belə ki, ixtisas fənn müəllimləri üçün təhsil proqramı üzrə toplanılan bal, təhsil məlumatları (təhsil səviyyəsi, dərəcəsi), ali və orta ixtisas təhsilini fərqləndirmə ilə bitirmə və pedaqoji staj nəzərə alınır.

 

İstehsalat təlimi ustalarının qəbul prosesində təlim modulları üzrə toplanılan bal, təhsil məlumatları (təhsil səviyyəsi, elmi dərəcəsi, ixtisasartırma sertifikatları və s) son olaraq isə əmək stajı nəzərə alınaraq seçim edilir. 

 

Qeyd edək ki, namizədlər 8 vakant yer seçə bilərlər.

 

Firuzə Əliyeva

 



 


OXŞAR XƏBƏRLƏR