Peşə məktəblərinə qəbul nə vaxt başlayacaq? - TARİX AÇIQLANDI
Kateqoriya məlum deyil
"Peşə təhsili müəssisələrinə tələbə qəbulu iyul ayının ikinci yarısı aparılacaq".
Sfera.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, tələbə qəbulunun 20-25 iyul tarixləri ərzində başlaması nəzərdə tutulur:
"Qəbul 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə boş qalan yerlər digər mərhələlərdə doldurulacaq".
Firuzə Əliyeva






