Yeni peşə təhsili müəssisələri istifadəyə veriləcək - RƏSMİ

Yeni peşə təhsili müəssisələri istifadəyə veriləcək - RƏSMİ

"Peşə təhsili üçün müraciət çox olsa da, yer azdır".

 

Sfera.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, yeni təhsil müəssisələrinin yaradılması üçün işlər gedir:

 

"2019-cu ildə Cəlilabadda və Bərdədə müasir peşə təhsili müəssisələri istifadəyə verilib. Vətəndaşlar 2020-ci ildə Cəlilabadda 10 ixtisas üzrə müraciət edə bilirdisə, bu gün bu rəqəm 30-a qədər artırılıb".

 

Qurum rəsmisinin sözlərinə görə yaxın zamanda yeni peşə təhsili müəssisələri istifadəyə veriləcək:

 

"Bu yaxınlarda Lənkəran və Bakıda da yeni müəssisələr istifadəyə veriləcək. Xüsusilə də Bakı, Abşeron kimi daha çox tələbat olan yerlər var ki, həmin ərazilərdə qəbulun artırılması üçün addımlar atırıq. İlk dəfə Bakıda bir çox müəssisələrdə iki hissəli tədris sisteminə keçəcəyik".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR