Bu şəxslərin imtahan nəticələri LƏĞV OLUNACAQ - RƏSMİ

Bu şəxslərin imtahan nəticələri LƏĞV OLUNACAQ - RƏSMİ

"İmtahan iştirakçılarını tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırırıq".


 
Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 


 
Mərkəzdən bildirilib ki, DİM tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir:

 

"Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir.Təəssüf ki, tez-tez imtahanlarda mobil telefonla imtahan binasına daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər qayda pozuntularına rast gəlinir. Dövlət İmtahan Mərkəzinin bütün xəbər və məlumatlarında neqativ hallar dəfələrlə ictimaiyyətin diqqətinə çatdırılsa da, bu tip qayda pozuntuları yenə də təkrarlanmaqda davam edir. Məlumat verildiyi kimi, dünən keçirilən imtahanlarda üç nəfərdə mobil telefon aşkar olunub. Aşağıdakı görüntülərdən də aydın olduğu kimi, bir imtahan iştirakçısı isə öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib.


 
Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər. İmtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar".

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...