Azərbaycanda vəzifəli qadın işdən çıxarıldı
Mingəçevirdə məktəb direktoru işindən azad edilib.
Sfera.az-ın məlumatına görə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş verən neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılıb və yoxlamanın nəticəsinə əsasən, adıçəkilən məktəbin direktoru Sevda İsmayılova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə tutduğu direktor vəzifəsindən azad edilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən açıqlamaya görə, İdarə təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun aradan qaldırılması ilə bağlı mütəmadi müvafiq tədbirlər görür. (Unikal.az)