Sumqayıt Dövlət Universiteti QS Beynəlxalq Reytinqində yüksək nəticə ƏLDƏ ETDİ

Sumqayıt Dövlət Universiteti QS Beynəlxalq Reytinqində yüksək nəticə ƏLDƏ ETDİ

Sumqayıt Dövlət Universiteti (SDU) prestijli beynəlxalq reytinq təşkilatı olan QS-in Avropa Universitetlərinin Reytinqində 483-cü yerdə qərarlaşaraq, bu siyahıda yeni iştirakçı kimi uğurlu debütünü edib. Avropanın 50 ölkəsində 5000-dən artıq ali təhsil müəssisəsinin fəaliyyət göstərməsinə baxmayaraq QS Avropa reytinqinə yalnız 684 universitet daxil ola bilmişdir. SDU-nun ilk dəfə iştirak etdiyi reytinq sistemində Avropa universitetləri arasında xüsusi fərqlənməsi mühüm nailiyyətdir.

 

SDU eyni zamanda QS Avropa reytinqlərinin regional siyahılarında də fərqlənib. Belə ki, Qərbi Asiyanın universitetləri arasında SDU 31-ci, Azərbaycan daxilində ümumi sıralamada 5-ci, ölkənin regional ali təhsil müəssisələri arasında isə ilk QS Beynəlxalq Reytinqinə daxil olan universitet olub. Bu reytinqlər SDU-nu Avropanın ən yaxşı universitetləri sırasına daxil etməklə yanaşı, onun Azərbaycan və Qərbi Asiya ali təhsil sistemində liderlik rolunu göstərməkdədir.

 

SDU ilk dəfə təmsil olunduğu beynəlxalq reytinqdə akademik və işəgötürənlər üzrə reputasiya meyarına görə xüsusilə fərqlənir. Bu da öz növbəsində son dövrlərdə universitetə aparılan islahatların yerli və beynəlxalq akademik mühitdə və işəgötürənlər arasında SDU-ya olan inamın nəticəsi kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, bu il QS Avropa Reytinqlərinə ümumlikdə 10 yeni universitet daxil olub ki, onlardan biri də SDU-dur.

 

Sevindirici haldır ki, Azərbaycandan son dövrlərdə beynəlxalq reytinqlərə daxil olan universitetlərin sayı artmaqdadır. Belə ki, bu il QS Avropa Reytinqinə 9 yerli universitet daxil olub. Bununla əlaqədar bütün universitetləri təbrik edirik!


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...