COP29-la bağlı məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

COP29-la bağlı məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

"COP29 keçiriləcəyi müddətdə şəhərdə məktəblərin bağlanması ilə bağlı hər hansısa qərar yoxdur".

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.


O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı olarsa, bu barədə çox öncədən məlumat veriləcək:

 

"Vətəndaşları da anlayıram. Lakin bu gün biz 15 sentyabrda məktəblərin açılmasına hazırlaşırıq. Hər hansısa yenilik olsa, vətəndaşlar məlumatlandırılacaq".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR