Agentlik rəsmisi bağçalarda aparılan monitorinqlərdən DANIŞDI

Agentlik rəsmisi bağçalarda aparılan monitorinqlərdən DANIŞDI

“Ötən il 50 bağçada keyfiyyət əsaslı monitorinq aparılıb. Bu il daha 100 bağçada yoxlamalar baş tutacaq”.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.


"Ötən il 50 bağçada keyfiyyət sisteminin qurulması ilə bağlı beynəlxalq standartlara uyğun olaraq hazırlanmış alətlər əsasında monitorinq aparılıb. Hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq", - O.Abbasov qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR