Logo

"İmtahan nəticəsində 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib" - MÜTDA

"İmtahan nəticəsində 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib" - MÜTDA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib”.

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.

O.Abbasov bildirib ki, 2023-cü ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə 2 dəfə imtahan keçirilib:

"Cari ildə məktəbəqədər təhsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib.Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlarıdan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib".

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR