Bu kolleclərə direktorlar təyin olundu- FOTO

Bu kolleclərə direktorlar təyin olundu- FOTO

Kolleclərə yeni direktorlar təyin olunub.

 

Sfera.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

 

Ş.Laçınov 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısıdır. O bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.

 

D.Davudov 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyət göstərib. 

 

S.Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

 


OXŞAR XƏBƏRLƏR