Logo

Qəbul imtahanlarının modeli tədris ilinin əvvəlində "Abituriyent"də çap olunub - DİM sədri

Qəbul imtahanlarının modeli tədris ilinin əvvəlində "Abituriyent"də çap olunub - DİM sədri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İmtahanın çətinlik dərəcəsini müəyyən etmək üçün kiminsə fikrinə görə qərar vermək düzgün deyil".

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlində Abituriyent jurnalında çap olunub:

"Maraqlanan hər bir şəxs onu imtahanda təqdim olunan modellə müqayisə edə bilər. Fevral ayında sınaq imtahanı keçirilmişdi. O suallar da açıq formada nəşr olunub və kim istəsə müqayisəli təhlil apara bilər. Statistika da gözlədiyimiz nəticəni göstərdi. Bu statistika imtahanda iştirak edən şəxslərin nəticəsi əsasında ölçülür. Bu statistikanı ictimaiyyətə təqdim edirik və onun nəticəsində gözlədiyimiz cavabları görürük".

Firuzə Əliyeva

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR