Tanınmış stilist homoseksual olduğu üçün tutuldu

Tanınmış stilist homoseksual olduğu üçün tutuldu
Türkmənistan polisi Türkmənabat şəhərində mavilərin nümayəndələrini tutmaq üçün reydlər keçirib, 30-a yaxın kişi müvafiq ittihamla təcridxanaya göndərilib.

Sfera.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, əvvəlcə əksəriyyəti yerli yanğınsöndürmə idarəsində işləyən təxminən 20 maviyə basqın edilib. Güc strukturlarının iddiasına görə, şübhəlilər gizli şəkildə qrup seks seansları təşkil ediblər.

Bundan əlavə, ölkədə şou-biznes nümayəndələri ilə işləyən tanınmış bir stilist də təcridxanaya düşüb. Onun adı etik səbəblərdən çəkilmir.
"Orada amansızcasına döyülürlər ki, özləri hər şeyi etiraf etsinlər və başqalarının adlarını çəksinlər”, - mənbə vurğulayıb.  

O, daha bir neçə homoseksualın təkadamlıq kamerada saxlanıldığını, onlara da işgəncə verildiyini qeyd edib. Ümumilikdə 30-a yaxın adamın həbsdə olduğunu deyib.

Türkmənistan homoseksuallığın cinayət olduğu iki keçmiş SSRİ respublikasından biri olaraq qalır. Eyni cinsdən olan bir tərəfdaşla cinsi əlaqədə olmaq üstündə iki ilə qədər həbs cəzasına məhkum oluna bilərsiniz  Bənzər maddə Özbəkistanda da var, lakin çox nadir hallarda istifadə olunur.


OXŞAR XƏBƏRLƏR

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   B...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...