İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

Kateqoriya məlum deyil
T
Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib.
Sfera.az bildirir ki, bu barədə Pravda.az-a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib.
"İnanın ki, danışa bilmirəm. Heç kimin zənginə də cavab vermirəm. Bu, saymazlıqdan deyil. Həm gücüm yoxdur, həm də həkimlər icazə vermirlər", - İ.Mirzəyev deyib.
Qeyd edək ki, o, bir neçə gün öncə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində klinikaya qəbul olunub.
Angioplastika icra olunub və stent implantasiya edilib.






