"İsrail Qəzzanı tamamilə ələ keçirməlidir" - Smotriç

"İsrail Qəzzanı tamamilə ələ keçirməlidir" - Smotriç
Kateqoriya məlum deyil
T

“İsrail Qəzza zolağını tamamilə ələ keçirməlidir”.

Sfera.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

“İsrail dövləti Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməyə razı olmalıdır. Zolağı tamamilə ələ keçirməli, orada hərbi idarəetmə qurmalı və yəhudi yaşayış məntəqələri yaratmalıdır”, - nazir bildirib.

Smotriç ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik planını da tənqid edib. Həmin plan Fələstin anklavında təhlükəsizliyə nəzarət üçün beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

Maliyyə naziri hesab edir ki, Qəzza zolağında yəhudi yaşayış məntəqələri olmadan İsrailin təhlükəsizliyinin təmin ediləcəyinə zəmanət yoxdur.

Bezalel Smotriç məqsədlərə nail olmaq üçün İsrail hökumətini fələstinlilərin Qəzzadan köçünü təşviq etməyə çağırıb./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR