meyit
Bakıda kişi meyiti tapıldı
Bakıda kişi evində ölü halda tapılıb. Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. 68 yaşlı Ağayev Məzahim Xudayar oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun kəsici alətlə aldığı xəsarətlər nəticəsində qanitirmədən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır./lent.az
Kriminal18.09.2026 20:11
Bakıda küçədə meyit tapıldı
Bakıda küçədən meyit tapılıb. Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Beyləqan rayon sakini 67 yaşlı Aslan Paşa oğlu Paşayevin meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır./lent
Hadisə17.09.2026 21:51
Beyləqanda müəmmalı ÖLÜM
Beyləqanda kişi meyiti tapılıb. Sfera.az xəbər verir ki, hadisə Yuxarı Aran kəndində qeydə alınıb. 56 yaşlı Hüseynov Habil Mənsim oğlunun meyitini ailə üzvləri yaşadığı evin həyətindəki köməkçi tikilidə aşkarlayıblar Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır./lent
Hadisə03.09.2026 19:38
Maleziyada dəhşətli hadisə: Təyyarənin şassisində meyit tapıldı
Yaponiyanın paytaxtı Tokiodakı Haneda hava limanından Malayziyanın Kuala-Lumpur şəhərinə uçan sərnişin təyyarəsinin eniş şassisində kişi meyiti aşkarlanıb. Sfera.az xəbər verir ki, hadisə təyyarənin Kuala-Lumpur Beynəlxalq Hava Limanına enməsindən sonra texniki baxış zamanı üzə çıxıb. Məlumata görə, hadisə avqustun 27-də, yerli vaxtla saat 07:00 radələrində baş verib. Təyyarə hava limanına endikdən sonra rutin texniki baxış üçün yoxlanılıb. Bu zaman texniki heyət təyyarədən pis qoxu gəldiyini
Hadisə29.08.2026 16:17
İsmayıllıda ailə faciəsi, bacı-qardaş boğuldu
İsmayıllı rayonunda bacı-qardaş göldə batıb, onlardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam etdirilir. Sfera.az xəbər verir ki, ilkin məlumata görə, hadisə uşaqların ehtiyatsızlığı nəticəsində baş verib. Bildirilir ki, göldən təsərrüfat məqsədləri üçün istifadə olunur./apa
Hadisə22.08.2026 22:21
Nardaranda gənc oğlan qarajda ölü tapıldı
Bakıda gənc oğlanın meyiti tapılıb. Sfera.az bildirir ki, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib. 22 yaşlı Babayev Qiyas Telman oğlunun meyiti yaşadığı evin qarajında aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Hadisə21.08.2026 20:55
Gəncədə 25 yaşlı gəncin meyiti tapılıb
Gəncədə 2001-ci il təvəllüdlü oğlanın meyiti tapılıb. Sfera.az xəbər verir ki, Mətləb Alıyevin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Hazırda 25 yaşlı gəncin ölüm səbəbi araşdırılır. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Hadisə19.08.2026 19:41
Bakıda müəmmalı ÖLÜM - Meyiti gecəyarı həyətdə tapıldı
Bakıda kişi evinin həyətində ölü halda tapılıb. Sfera.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsi, Xaşaxuna bağlar sahəsində qeydə alınıb. 38 yaşlı Şakir Zakir oğlu Adnayevin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bəlli deyil. Araşdırma aparılır.
Hadisə15.08.2026 19:54
Dünən dənizdə batan “Krosna”nın solisti imiş - Video
“Krosna” qrupunun solisti Seymur Allahverdiyev vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə qrupla əməkdaşlıq edən tanınmış bloqer Ləman Rüstəmi paylaşım edib. Qeyd edək ki, ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə Seymur Allahverdiyevin meyiti tapılıb. 1996-cı il təvəllüdlü sənətçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./qafqazinfo
Maqazin12.08.2026 14:34
Türkiyədə meyiti tapılan azərbaycanlı iş adamının FOTOSU
Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb. Sfera.az bildirir ki, tapılan meyit 1977-ci il təvəllüdlü Rövşən Zeynalova aiddir. Onun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək. Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub. Digər əldə etdiyimiz məlumata görə, azərbaycanlı iş adamı "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin
Kriminal12.08.2026 00:30
Azərbaycanda meşədə kişi və qadın meyiti tapıldı
Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb. Sfera.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib. Məlumata görə, bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb. Hazırda hər iki şəxsin ölüm səbəbləri araşdırılır. Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.
Cəmiyyət11.08.2026 18:16











