Maleziyada dəhşətli hadisə: Təyyarənin şassisində meyit tapıldı

Maleziyada dəhşətli hadisə: Təyyarənin şassisində meyit tapıldı
Kateqoriya məlum deyil
T

Yaponiyanın paytaxtı Tokiodakı Haneda hava limanından Malayziyanın Kuala-Lumpur şəhərinə uçan sərnişin təyyarəsinin eniş şassisində kişi meyiti aşkarlanıb.

Sfera.az xəbər verir ki, hadisə təyyarənin Kuala-Lumpur Beynəlxalq Hava Limanına enməsindən sonra texniki baxış zamanı üzə çıxıb.

Məlumata görə, hadisə avqustun 27-də, yerli vaxtla saat 07:00 radələrində baş verib. Təyyarə hava limanına endikdən sonra rutin texniki baxış üçün yoxlanılıb. Bu zaman texniki heyət təyyarədən pis qoxu gəldiyini müəyyən edib və vəziyyət barədə aidiyyəti qurumlara məlumat verib.

Aparılan ətraflı yoxlama zamanı təyyarənin sağ eniş şassisi bölməsində üzüaşağı vəziyyətdə uzanmış kişinin meyiti aşkarlanıb. İlkin araşdırmalara əsasən, onun 17-25 yaşlarında olduğu və ən azı 72 saat əvvəl öldüyü müəyyən edilib.

Meyitin üzərində ağ kapüşonlu geyim, mavi cins şalvar, qəhvəyi dəri kəmər və qara idman ayaqqabısı olub. Lakin şəxsin üzərindən kimliyini müəyyənləşdirməyə imkan verən hər hansı sənəd çıxmayıb.

Meyit ekspertiza və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Serdang Xəstəxanasının Məhkəmə-Tibb İnstitutuna aparılıb. Hadisənin bütün təfərrüatlarının, o cümlədən şəxsin təyyarənin eniş şassisi bölməsinə necə daxil olduğunun müəyyənləşdirilməsi məqsədilə araşdırma başlanıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR