Azərbaycanda meşədə kişi və qadın meyiti tapıldı

Kateqoriya məlum deyil
T
Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.
Sfera.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.
Məlumata görə, bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.
Hazırda hər iki şəxsin ölüm səbəbləri araşdırılır.
Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.






