işdən
Yeni icra başçısı birinci müavinini işdən azad etdi
Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev vəzifəsindən azad edilib. Sfera.az bildirir ki, o, yeni icra başçısı Hacıbaba Babayevin müvafiq əmri ilə işdən çıxarılıb. Qeyd edək ki, Natiq Nağıyev öz ərizəsi ilə vəzifəsindən ayrılıb. O bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.
Cəmiyyət03.11.2026 20:50
Məşhur şirkət 100 min işçini ixtisar edəcək
"Volkswagen" şirkəti restrukturizasiya planı çərçivəsində daha 50 000 işçisini işdən çıxarmağı və avtomobil model çeşidini təxminən 50 faiz azaltmağı planlaşdırır. Sfera.az "Bloomberg" agentliyinin məlumatına istinadən xəbər verir ki, şirkətin idarə heyətinin Volfsburqda keçirilən iclasında qəbul edilən bu qərar səmərəliliyi artırmağı və rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir və artıq müşahidə şurası tərəfindən yekdilliklə təsdiqlənib. Şirkət daha əvvəl də 50 min işçinin ixtisar
İqtisadiyyat04.09.2026 11:17
TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi
Bakıda tibb müəssisəsinin baş həkimi vəzifəsindən azad olunub. Sfera.az xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova işdən çıxarılıb. Digər əmrlə, Şəlalə Səfərova mərkəzin baş həkimi təyin olunub. O, bundan əvvəl Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb./ölkə.az
Gündəm18.08.2026 18:58
BBC işçilərini ixtisar edir: 2000 nəfər işsiz qalacaq
Böyük Britaniyanın ictimai kanalı olan BBC ildə 500 milyon funt sterlinqə (1,13 milyard manat) qənaət etmək üçün işçilərinin sayını azaldacaq. Sfera.az xəbər verir ki, birinci mərhələdə BBC 550 nəfəri işdən çıxaracaq. Daha sonra 1250-1450 nəfər işdən azad olunacaq. BBC ümumilikdə 1800 ilə 2000 arasında iş yerinin ixtisarını nəzərdə tutub. "BBC News"un müvəqqəti baş icraçı direktoru Conatan Munro işçilərinə göndərdiyi elektron poçtda bildirib ki, ixtisarlar xəbər bölməsinə, Şotlandiya, Uels və
İqtisadiyyat18.06.2026 11:12




