Məşhur şirkət 100 min işçini ixtisar edəcək

Məşhur şirkət 100 min işçini ixtisar edəcək
Kateqoriya məlum deyil
T

"Volkswagen" şirkəti restrukturizasiya planı çərçivəsində daha 50 000 işçisini işdən çıxarmağı və avtomobil model çeşidini təxminən 50 faiz azaltmağı planlaşdırır.

Sfera.az "Bloomberg" agentliyinin məlumatına istinadən xəbər verir ki, şirkətin idarə heyətinin Volfsburqda keçirilən iclasında qəbul edilən bu qərar səmərəliliyi artırmağı və rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir və artıq müşahidə şurası tərəfindən yekdilliklə təsdiqlənib.

Şirkət daha əvvəl də 50 min işçinin ixtisar edilməsini dəstəklədiyindən, bu son qərarla birlikdə ümumi ixtisar ediləcək işçi sayı 100 minə çatacaq. Avtomobil nəhəngi həmçinin öz törəmə müəssisələrindəki payını azaltmağı və model çeşidini 2035-ci ilə qədər təxminən yarıbayarı daraltmağı planlaşdırır.

"Volkswagen" rəhbərliyindən verilən açıqlamaya əsasən, bu radikal plan şirkətin bazarda uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək üçün zəruri addımdır.

Ümumilikdə, yüksək istehsal xərcləri, qlobal bazarda zəifləyən tələbat və getdikcə şiddətlənən rəqabət təzyiqləri ilə mübarizə aparan "Volkswagen Qrup"unun dünya üzrə hazırda 662 min işçisi var və onların 284 mini Almaniyada, 378 mini isə digər ölkələrdə fəaliyyət göstərir.

Qlobal səviyyədə tərkibində "Volkswagen", "Skoda", SEAT, "Audi", "Porsche", "Bentley" və "Lamborghini" kimi 10-dan çox tanınmış brendi birləşdirən şirkətin bu kəskin addımları avtomobil sənayesində böyük dəyişikliklərin siqnalı hesab olunur.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR