Sürücülərin qəzaya marağı bəzən nəqliyyat axınını tamamilə dayandırır (RƏY)font>

Sürücülərin qəzaya marağı bəzən nəqliyyat axınını tamamilə dayandırır (RƏY)
Küçə və prospektlərdə yaranan nəqliyyat sıxlıqları zamanı bəzən müəyyən qədər irəlilədikdən sonra qarşıda bir qəzanın baş verdiyinin şahidi oluruq. Qəza hərəkətin axınına müəyyən qədər təsir etsə də, digər sürücülərin qəzaya marağı tıxacların böyüməsinə səbəb olur.

Sfera.az xəbər verir ki, bunu nəqliyyat infrstrukturu üzrə ekspert Yasin Mustafayev deyib. Ekspert bildirib ki, 3 və ya 4 cərgəli yolun bir cərgəsində problem yarandıqda digər cərgələrdə hərəkəti rahatlıqla davam etdirmək mümkün olsa da, bəzən nəqliyyat axını yavaşlayır:

"Bəzi hallarda isə sürücülərin qəzaya marağından dolayı hərəkət axını tamamilə dayanır. İnsanların baş verən hadisəyə dərindən diqqət yetirməsi, sürücülərin həmin hissədə sürətini aşağı endirməsi, hətta bəzən dayanıb baxması nəqliyyatın intensivliyində ciddi problem yaradır. Bu yolverilməzdir, çünki hərəkətin davamlılığı təmin olunmalıdır".

Ekspertin sözlərinə görə, problemin aradan qaldırılmasında sosial şəbəkələrin rolu böyük ola bilər. "Belə vəziyyətlərdə yol hərəkəti iştirakçısı olan insanların sadəcə yadına salmaq lazımdır ki, onlar hərəkəti dayandırdığı zaman həmin cərgəndəki nəqliyyat vasitələri də onlarla birgə dayanır, yaxud sürətini azaldırlar. Düzdür, hər bir kəsin qəza iştirakçısının onun yaxını və ya tanışı olub-olmadığını öyrənmək təbii haqqıdır. Lakin bunu hərəkətə mane olacaq dərəcədə etmək doğru deyil. Məsələn, hadisə baş verən istiqamətdə irəlidə avtomobili park etməklə köməyə ehtiyac olduğunu müəyyən etmək və ya köməklik göstərmək olar. Bununla bağlı daimi olaraq təbliğat işləri aparılmalı, video çarxlar hazırlanmalıdır. Yalnız bu yolla insanlara hərəkət istiqamətinə mane olmamaq və qəza hadisələrində hərəkəti davam etdirmək düşüncəsini aşılamaq olar".

Ekspert bildirib ki, qəza zamanı sığortanın iştirakının vacibliyi, məsələnin aydınlaşdırılması üçün şəkillərin çəkilməsi də nəqliyyat sıxlığını yaradan bir digər amil idi: "Bəzən elə bir şərait yaranırdı ki, yol tamamilə bağlanırdı. Bu məsələ ilə bağlı son dövrdə qanunvericiliyə də müvafiq dəyişikliklər edildi. Artıq sığorta və Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının gəlişini gözləmədən hər iki tərəf baş vermiş qəzanın görüntülərini çəkərək onu həmin əməkdaşlara təqdim edə bilərlər. Bu zaman qəza etmiş avtonəqliyyat vasitələrini kənara çəkmək, həmin yerdən aparmaq mümkün olur". (qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...