Sürücü-sərnişin konfliktləri: BNA-ya müraciət, yoxsa sosial şəbəkədə paylaşım?

Sürücü-sərnişin konfliktləri: BNA-ya müraciət, yoxsa sosial şəbəkədə paylaşım?
Bakı şəhərində fəaliyyət göstərən avtobuslarda müxtəlif vaxtlarda sürücü və sərnişinlər arasında konfliktlərə rast gəlinir. Bəzən avtobus sürücüləri xoşagəlməz davranışlar etdikdə sərnişinlər bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etmir və məsələni sosial şəbəkələrdə ictimailəşdirməklə kifayətlənirlər, rəsmi müraciət daha məqsədəuyğundur:

Sfera.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Yasin Mustafayev qaynarinfo saytına verdiyi açıqlamada bildirib ki, hər iki addım sürücülərin cəzalandırılması üçün təsirli olsa da, 

"Sərnişin və sürücü arasında gərginliklər tez-tez baş verir. Bu hadisələrdə hər iki tərəfdə günah olur. Belə olan halda tərəflər bir-birini qarşılıqlı ittiham edirlər. Bu cür vəziyyətlərin aradan qaldırılması üçün məsələni rəsmi şəkildə həll etsək daha doğru olar. Yanlış davranışlara yol verən sürücülərin BNA tərəfindən cəzalandırılması həyata keçirilir. Amma bu işdə sosial şəbəkələrin gücünü də qeyd etmək istəyirəm. Sosial şəbəkələrin son zamanlar təsiri çoxdur. Sosial şəbəkələrdə bir məsələ ictimailəşəndə, o, aidiyyatı qurumlara da gedib çatır. Onlar da tez bir zamanda reaskiya verir, tədbir görürlər. Odur ki, sosial şəbəkələrin də rolun yox saymaq olmaz. Amma rəsmi müraciət olunarsa, həmin vəziyyətin video və ya fotosunu çəkərək bir neçə şahidin iştirakı ilə bir akt tərtib edilərsə, təbii ki, bu barədə tədbir görüləcək. Biz bunun müxtəlif vaxtlarda şahidi oluruq ki, BNA tərəfindən sürücülərin cəzalandırılması və digər tədbirlər həyata keçirilir. Düşünürəm ki, hər iki hal tətbiq oluna bilər. Yəni həm sürücülərin etdiyi xoşagəlməz davranış və ya qayda pozuntuları barədə sosial şəbəkələrdə paylaşım etməklə, həm də bu barədə BNA-a müraciət etməklə onların cəzalandırılmasına nail olmaq mümkündür. Bunların iksini də həyata keçirmək lazımdır ki, yaranan problemlərin qarşısı alınsın". 

Ekspert qeyd edib ki, bəzən sərnişinlər də sürücüyə güzəştə getmirlər:

"Sərnişinlər də bəzən lazım olmayan yerlərdə avtobusun dayandırılması və digər yersiz tələblər irəli sürürlər ki, bunlar da qəbuledilməzdir. Sürücü bir nəfərdir və təyin olunmuş yerdə avtobusu dayandırmalıdır. Bu məsələlərə məhəl qoymayan sərnişinlərə qarşı da tədbirlər görülməlidir. Belə halları da sosial şəbəkədə paylaşmaq ictimai qınaq yaradır. Amma bu zaman cəmiyyətdə sürücülərə qarşı bir antipatiya da yaranır və sərnişin-sürücü gərginliyi bir qədər də çoxalır. Bununla belə, bir daha qeyd edirəm ki, sosial şəbəkələrin də rolunu tam kənarlaşdırmaq lazım deyil. Çünki orda paylaşılan videoda baş verənlər tam şəffaflıqla görünür və kimin təqsirkar olduğunu təyin etmək mümkün olur. Qeyd edim ki, BNA da hər hansı bir addım atarkən, layihə icra edərkən mütləq yerli vəziyyəti və yerli sakinlərin fikrini nəzərə almalıdır”.

OXŞAR XƏBƏRLƏR