Spirtli içki qəbulu koronavirusun qarşısını alır? – İddialara mütəxəssis cavabı

Spirtli içki qəbulu koronavirusun qarşısını alır? – İddialara mütəxəssis cavabı

Ötən il ərzində Azərbaycanda insanlar spirtli içkilərə 431 milyon pul xərcləyib. Bu rəqəm əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Belə düşünülür ki, spirtli içki qəbul edənlərin sayında artımın olmasına səbəb koronavirusla əlaqədardır.


Yəni, insanlarda belə bir fikir formalaşıb ki, spirtli içki virusu məhv edir və beləliklə spirtli içkidən istifadə artır.


Maraqlıdır, bu iddianın əsaslandırılmış tibbi izahı varmı? Spirtli içki koronavirusun qarşısını alırmı?


Mövzunu Sfera.az-a şərh edən immunoloq Akif Qurbanov spirtli içkinin koronavirusa hansısa formada təsir etmədiyini bildirib: "Mütəmadi olaraq spirtli içki qəbul edən şəxslərdə bədənin müqaviməti zəifləyir. Sppirtli içki yalnız ağız və boğazda olan bəzi virusların inkişafını ləngidə bilər, koronavirusun yox. Spirtin koronavirusu məhv etməsi üçün spirt bütün orqanlarda 80-90 faiz konsentrasiya yaratmalıdır.


Bu baxımdan spirtli içki qəbul etmək immunitet yaranmasını zəiflədir və yoluxdurucu xəstəliklərə qarşı müqavimət qabiliyyətimizi azaldır. Biz vaksin olunan şəxslərə də deyirik ki, yaxın 10 gün ərzində spirtli içki qəbul etməyin ki, immunitet yaransın".

 

 

Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...